AZƏRBYCAN MMA FEDERASİYASI

Logo AZMMAF

Azerbaijan Fight Club

«Azerbaijan Fight Club» - MMA (ingilis dilindən tərcümədə Mixed Martial Arts – Qarışıq Döyüş İncəsənəti) üzrə ixtisaslaşmış peşəkar idman klubu.

Klubun əsas məqsədi MMA-nı Azərbaycanda tanıtmaq, qarışıq növ döyüşçülərin axtarışı və hazırlığı və onların dünya səviyyəli turnirlərdə irəli çəkilməsidir. Klub idmançılara öz bacarığını nümayiş etdirməyə, ustalıq səviyyəsini yüksəltməyə və peşəkar karyera qurmağa böyük imkanlar verir.

Klubun prezidenti

 shah-m-big

Şəhriyar Abbasov - "Azerbaijan Fight Club" klubun prezidenti

Klub 2010-cu ildə MMA üzrə beynəlxalq və dünya turnirlərində geniş təcrübəyə malik beynəlxalq dərəcəli idman ustası Şəhriyar Abbasov rəhbərliyi ilə təsis edilmişdir.

Klubun prezidenti Şəhriyar Abbaso GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının Vitse-Prezidentidir, həmçinin WMMAF dünya federasiyasının rəsmi nümayəndədir.

Azərbaycan idmançısı 10 yaşından Bəxtiyar Məmmədovun rəhbərliyi altında cüdo ilə məşğul olmağa başlamışdır. Şəhriyar Abbasov cüdo və sambo üzrə idman ustası, pankration üzrə beynəlxalq dərəcəli idman ustası, cüdo və sambo üzrə Azərbaycan üzrə çempionu pankration üzrə Avropa çempionatının finalçısı (2007),  pankration üzrə Asiya açıq çempionatının çempionu, pankration üzrə dünya çempionu (2008), döyüş sambosu üzrə dünya çempionu (2011), döyüş sambosu üzrə dünya çempionudur (2011). 25 qarşılaşmada 1 dəfə məğlub olmuşdur.

MMA siyahısında bu qədər şərəfli əmək yoluna baxmayaraq, Şəhriyar Abbasov 10 aprel tarixdə Moskvada keçirilən M-1 Selection Eastern Europe 2010 qarışıq təkbətək döyüşləri üzrə Şərqi Avropa Çempionatının ikinci mərhələsində alternativ döyüş üzrə debüt etmişdir. Turnir çərçivəsində Azərbaycan idmançısı Anapa komandasını təmsil edən İşhan Zakaryana qalib gəlmişdir. 2010-cu ilin avqustunda idmançı 84 kq çəki dərəcəsində dünya səviyyəli «M-1 FIGHTER» unikal idman realiti-şousunun çəkilişlərində iştirak etmişdir. Layihə çərçivəsində Şəhriyar Abbasov bir neçə reytinq döyüşü keçirmiş və böyük üstünlüklə finala qədər gələ bilmişdir. Finalda Azərbaycan idmançısı Rostovun «Legion» idman klubunun təmsilçisi Ruslan Xasxan üzərində qələbə çalmış və 84 kq-a qədər çəki dərəcəsində «M-1 FIGHTER» layihəsinin absolyut çempionu olmuşdur.

KLUBUN FƏALİYYƏTİ

«Azerbaijan Fight Club» DK artıq 5 ildir ki, MMA üzrə Beynəlxalq Federasiya, Döyüş Sambosu üzrə Avropa Federasiyası, Döyüş Sambosu üzrə Ukrayna Federasiyası, Döyüş Sambosu üzrə Moldova Federasiyası ilə aktiv əməkdaşlıq edir. Həmçinin klub ProFC, ProFC Ukrayna, Fight Nights, Cage Warriors, Real Fight Promotion, Tech Krep Championships, CSA (Döyüş sambosu və Qarışıq Təkbətək döyüşlər Assosiasiyası) və Vitse prezidenti Şəhriyar Abbasov olan GEFC qarışıq təkbətək döyüşlər üzrə beynəlxalq liqa ilə də əməkdaşlıq edir.

Hələ gənc olmasına baxmayaraq «Azerbaijan Fight Club» DK Azərbaycanda liderlik edir. Yüksək templə inkişaf edən klub Naxçıvan muxtar Respublikasında, Sumqayıt şəhərində, Gəncə və Qəbələdə öz filiallarını açmışdır. «Azerbaijan Fight Club» DKöz peşəkar turnirlərini keçirir və Azərbaycanın müxtəlif şəhərlərində MMA üzrə turnirlərin keçirilməsinə yardım göstərir. Klubun debütü «AZFC» peşəkar turniridir ki, bu da Azərbaycanda eyni adlı ilk «AZFC» idman realiti-şousu çərçivəsində 2010-cu ilin dekabr ayında baş tutmuşdur. Azərbaycanın müxtəlif regionlarından gəlmiş 20 ən yaxşı döyüşçü ən güclü adı uğrunda mübarizə aparmışdır. Yarımfinal və final qarşılaşmalarının gedişatında 5 qalib müəyyən olundu. Qarışıq təkbətək döyüş üzrə «AZFC» realiti-şousu «İdman Azərbaycan» yerli kanalı ilə nümayiş etdirilib. Realiti-şou tamaşaçıları hər seriyada döyüşçülərin həyatını, məşqlərini və döyüşlərini müşahidə etmişdirlər. Azərbaycan İdmanı və şou-biznes ulduzları layihənin qonaqları olmuşdurlar. Realiti-şou final döyüşləri 15 dekabr 2010-cu ildə Bakının ən məşhur klublarından biri olan «BƏM» keçirilmişdir. Turnirdə fəxri qonaqlar iştirak edirdilər ki, onlar arasında da dövlət xadimləri və Azərbaycan respublikasının dahi idmançıları vardı: deputat Adil Əliyev, deputat Fazil Mustafayev, Xocavənd rayonunun İcra hakimiyyəti başçısı Eyvaz Hüseynov, Məmməd İbrahimov (güləş üzrə SSRİ çempionu), ikiqat paralimpiya çempionu, cödoçu İlham Zəkiyev, dünya çempionatının prizyoru, cüdoçu Elxan Rəcəbli, olimpiya çempionu Elnur Məmmədli.

2012-ci ilin sonunda Ukrayna Döyüş Sambosu Federasiyasının dəstəyi ilə klub Naxçıvan muxtar Respublikasında «ESCF – MMA Grand Prix of Eastern Europe - 2» beynəlxalq turnirini təşkil etmişdir. Turnirdə 10 ölkənin döyüşçüsü iştirak edirdi. Azərbaycan, Ukrayna, Rusiya, Polşa, İsrail, Türkiyə, Moldova, Belorussiya, Gürcüstan, Fransa.

2013-cü ildə «Azerbaijan Fight Club» DK GEFC qarışıq təkbətək döyüşlər üzrə beynəlxalq liqanın dəstəyi ilə «Azerbaijan VS CIS» beynəlxalq turnirini təşkil etmişdir ki, burada da Azerbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Belorussiya, Qazaxıstan və Fransa döyüşçüləri iştirak etmişdirlər, həmçinin klub «BAKU FIRES» turnirini təşkil etmişdir.

«AZERBAIJAN FIGHT CLUB» KLUBUNUN TƏRKİBİ

Klub idmançıları artıq 5 ildir ki, MMA üzrə beynəlxalq arena yarışlarında iştirak edir və yüksək nəticələr göstərirlər. «Azerbaijan Fight Club» komandası Avropada aparıcı komandalardan biridir. Hal hazırda klubda 600 idmançı fəaliyyət göstərir.

Klubun aparıcı idmançılarından biri də beynəlxalq dərəcəli idman ustası Bəxtiyar Abbasovdur. Hal hazırda idmançının rekordu 19 qələbə və 2 məğlubiyyətdir. Bəxtiyar Abbasov pankration üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya Kuboku çempionu, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionudur. 2008-ci ilə Bəxtiyar Abbasova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından Bəxtiyar Abbasov «Vətən uğrunda medalı» ilə təltif olunmuşdur. 2011-ci ilin dekabrında MMA üzrə Avropa Çempionu və PROFC versiyası üzrə kəmər sahibi olaraq öz nailiyyətlərinin siyahısını artırmışdır. Klubun digər perspektivli nümayəndələri arasında Ramil Vəliyev, Hikmət Abdullayev, Yaqub Zamanov, Tural Rəhimov, Əhəd Məmmədov, Nəriman Abbasov, Vüqar Məmmədzadə, Nadir İmaməliyev və s. adlarını çəkmək olar.

Klubumuz bütün arzu edənləri MMA - ən məşhur müasir idman növü üzrə məşqlərdə peşəkar bacarıq əldə etməyə dəvət edir. Biz uyğun qrafik və məşqlər üçün münasib şərtlər təklif edirik.

«Azerbaijan Fight Club»-da MMA ilə məşğul ol!

Hörmətlə,
Klubun administrasiyası!

TAM FOTO ŞƏRHİNƏ BAXIN

  • 1
  • 1
  • 1
  • 1
  • 1
  • 1
  • 1
  • 1
  • 1
  • RFP150
  • httpwww.wmmaf-world.com
  • NISM-logo
  • qebele 1
  • logon
  • 14147 233381420142708 434954142 n
  • one-fc-logo
  • logo
  • logo
  • duellologo1
  • 1465100 748163455212866 2052399925 n
  • 1378865 1380369272204799 1031396086 n
  • KSW-logo
  • black-yellow1
  • 10380639 295904127236358 9161358487103934507 o
  • 1393801425
  • загруженное